Satılır 4 otaqlı həyət evi/bağ evi 200 m², Şüvəlan q.
🏡 Şüvəlanda Kupçalı, Tam Təmirli və Əşyalı Bağ Evi Satılır
📍 Ünvan: Şüvəlan qəsəbəsi, AZAL stadionunun yaxınlığı
✅ Paket kupça
5.2 sot torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 200 m² olan bu müasir bağ evi 4 otaqdan ibarətdir. Ev şəhər mərkəzindən təxminən 20-25 dəqiqəlik məsafədə, dənizə isə cəmi 5 dəqiqəlik məsafədə yerləşir.
Ərazi gündəlik yaşayış üçün olduqca əlverişlidir. Yaxınlıqda supermarket, aptek, poçt, karqo mərkəzi, məktəb və digər zəruri obyektlər fəaliyyət göstərir. Həmçinin Buzovna istiqamətində yerləşən restoran və istirahət məkanlarına rahat çıxış mövcuddur.
🔹 Ev tam təmirlidir və bütün əşyalarla birlikdə satılır
🔹 Yaşayış olmayıb
🔹 LG və Samsung markalı yeni məişət avadanlıqları ilə təchiz olunub
🔹 Su, qaz, işıq, kanalizasiya və istilik sistemi tam hazır vəziyyətdədir
🔹 Bütün sənədlər qaydasındadır
🔹 Evin daxilində və həyətdə ümumilikdə 3 sanitar qovşaq mövcuddur
🏊 Həyətdə:
Hovuz
Besedka
Manqal zonası
Avtomobil üçün parkinq sahəsi
Ev ilkin olaraq şəxsi istifadə məqsədilə tikilmişdir. Tikinti prosesinin bütün mərhələləri şəkil və videolarla sənədləşdirilib ki, bu da tikintinin keyfiyyətinə əlavə etibarlılıq qazandırır.
💰 Qiymət: 295 000 AZN
📞 Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
ℹ️ Ofis haqqı: 1%